Şakir Xanhüseyinli - UÇUŞ
möhkəm dayanmısan yerində,
alıb-verdiyin nəfəs
duyulacaq qədər sakitsən;
bu, uçuşdu...
ayağın torpağa kök atmış kimi,
amma görərsən
birdən arzuların, ümidlərin
bir fikirlə
işıq zərrələrisayaq səmada uçuşdu--
uçuşdu!
hər saatın, dəqiqən,
həqiqətən, səni sınaqlardan keçirirmiştək
yaşadıqlarınla üz-üzə qoyur, ürək...
gözündəki damlaları közərt, közə çevir,
sözə çevir-
həyat qəribəlik sevir-
özünə dal;
bu, bəlkə ömründə
ən uzağa,
bax a,
gözəl bir uçuşun ola!