Bəhrus  Niftəliyev - Burax məni çıxım gedim!

Ədəbiyyat 10:07 / 12.10.2026 Baxış sayı: 717

Burax məni çıxım gedim,

Bu xar məni boğar, boğar.

Batar tikan sənsizliyim,

Səma yenə günəş doğar.

 

Burax məni çıxım gedim,

Bu ağ mənim yalanımdı.

Unutmuşam, xəbərin yox,

Xoşbəxtəm mən yaman indi.

 

Bu ah məni Buxarada haqladısa,

Daş küçələr gecələri ağladısa,

Dualarım minarədən yıxılanda,

Tanrı yenə baxmadısa…

Burax məni çıxım gedim!

11.10.26, 11:31

Buxara