Adilə Səfərova - Nahaqdan incitmişik
Ədəbiyyat
11:20 / 12.10.2026
Baxış sayı: 743
Nahaqdan incitmişik
qüssəli ürəkləri.
Bu dünyaya bəlkə də
bir az vaxtsız gəlmişik.
Kim deyərdi solacaq,
soldu nar çiçəkləri.
Vaxt gələcək ağrımız
örtüləcək çiçəklə,
Bütün yaralarımız
yenidən bitişəcək.
Hər şey qurtaracaqdır
xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri --
indi nar yetişəcək!