Sabaha olan hava proqnozu

MƏMLƏKƏT 12:43 / 12.08.2022 Baxış sayı: 1237

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən  Yenises.az-a  verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.