Paytaxtda pulu zibilə çevirdilər - Video

MƏMLƏKƏT 07:16 / 13.08.2022 Baxış sayı: 4195

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Yenises.az  Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əksini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.




     
  •