Rusiya elan etdi: F-16 qırıcısını vurana 15 milyon veriləcək...

DÜNYA 22:30 / 10.06.2024 Baxış sayı: 2789

Rusiyanın "Fores" şirkəti ilk vurulan F-16 qırıcısı üçün 15 milyon rubl (təxminən 168 min dollar) mükafat elan edib.

Yenises.az xəbər verir ki, bu barədə TASS agentliyinə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində şirkətin baş direktoru Sergey Şmotyev bildirib.

Qeyd edək ki, daha öncə şirkət ilk məhv edilmiş Qərb tankı üçün 5 milyon rubl ödəniş elan etmişdi.