Ramiz  Qusarçaylı  -  Gəldim

Ədəbiyyat 09:50 / 13.07.2026 Baxış sayı: 380

 

Cavan yaşda bir dərvişdim,

Hara gəldim, çaşıb gəldim.

Özgə atına minmişdim,

Öz xoşumla düşüb gəldim.

 

Bir əlimdə daş oynatdım,

Bir əlimi boş oynatdım,

Ürək qovdum, baş oynatdım

Bir balaca bişib gəldim.

 

Gördüm ki, düzdən keçirlər,

Əyilib bizdən keçirlər…

Torpağın üstdən keçirlər

Mən altından keçib gəldim.

Donbas, 1986