QƏLƏMLƏ ZƏFƏRƏ GEDƏN YOLLAR
“Tarixi Zəfər yaradır, ədəbiyyat isə onu xalqın yaddaşında əbədiləşdirir”
2020-ci il tarix yenidən yazıldı və Azərbaycan xalqının illərlə arzuladığı böyük Zəfər gerçək oldu. Bu qələbə yalnız hərbi gücün deyil, eyni zamanda milli birliyin, elmə söykənən strateji düşüncənin, sarsılmaz iradənin təntənəsi idi.Vətən müharibəsi günlərində xalqın bir yumruq kimi birləşməsi milli yaddaşın ən parlaq səhifələrindən birinə çevrildi. Əsrlər əvvəl Azərbaycanın tarixi əraziləri ikiyə parçalanaraq qardaşı qardaşa həsrət qoyan “Türkmənçay” (1825) müqaviləsi, hər qarışı bir sərvət olan Qarabağ torpaqlarını ələ keçirən, türkə düşmən, insanlığ adına ləkə olan ermənilərin tapdağı altında inləyən ərazilərimiz bu xalqın sağalmayan yarası idi və bu gün az da olsa itirdiyimizin bir qisminə qovuşma sevincini yaşayırıq.
Bu gün Qarabağda dalğalanan üç rəngli bayraq, gələcək zəfərlərə gedən yolun bir sinvoludur və bu milləti bir gün bitov bir Azərbaycan kimi ( M.Ə.Rəsulzadənin qiymətli kalamları ilə desək“Bir kərə yüksələn bayraq birdə enməz”) öz kölgəsində toplayacaq.
Türk xalqlarını yer üzündən silməyə çalışan qeyri-millətlərin nümayəndələri, xüsusən, xaçpərəstlər, türkləri-müsəlmanları “vəhşi”,“qaniçən” adlandıraraq bu şüar altında hərbi yürüşlər, səfərlər etmiş, yoxetmə siyasətini ən qanlı şəkildə həyata keçirməyə çalışmışlar. Dünyada terror və soyqırıma dəstək verən, insanların qanına susayan, bu gün dünya ictimaiyyəti qarşısında özlərini insan haqlarına hörmət edən bir dövlət imici yaratmağa, ən azından isə özünü belə göstərməyə çalışan dövlətlər var. Dünya ictimaiyyəti bunu bilsə belə, bu gün susmağa üstünlük verir. Soyqırımı yalnız siyasi və ya hərbi güclə, maddi dəstəklə deyil, həm də ədəbi sahədə dəstəkləyən yazarlar də az olmamışdır və indi də yetərincədir.
1915-ci ildə Osmanlı İmperiyasının hər yandan hücuma (bunun əslində “YENİ SƏLİB YÜRÜŞÜ” olduğu qəti şübhə doğurmur - G.M.) məruz qaldığı bir dövrdə “milliyyəti Sıddıqa” - (“sadiq millət” - G.M.) adı verilən ermənilərin qonşuluğa xəyanəti, törətdikləri qırğınlar bir son olmayacağı, “dəmir yumruq” başlarından çəkilən kimi yenidən mənfur pisliklərini yenidən törədəcəyini yaxşı bilirik.
Türk millətindən,“türk birliyindən”, “türkçülükdən”, türkün əzəmətindən” qorxu, xaçpərəstlərin gecələr belə yuxularına girir, onları türklərə qarşı yeni və məkrli planlar hazırlamağa sövq edir. Zaman-zaman türklərə qarşı törədilən kütləvi qırgınların nə əvvəli, nə də sonu olmuşdur.
XXI əsrdə bütün sürətilə davam edən bu soyqırımı daha əvvəlki əsrlərdə bundan da qorxunc və insanlığı utandıracaq səhnələrdə görürük. Bunun başlıca şahidləri isə tarixi əsərlər, şahidlərin xatirələri, salnamələr, şair və yazıçılarımızın əsərləri, bir sözlə, tarixi mənbələrdir.
Tarix yaranandan Azərbaycan xalqıda öz istiqlalı uğrunda yadelli düşmənlərə qarşı mübarizə apararaq öz torpaqları uğrunda çox qan tökmüş, igid oğullar şəhid vermişdir. Tökülən qanlar, gedən şəhidlərlə bərabər bu hadisələri yaşayan və tarixi yaddaşa həkk edən görkəmli ədiblərimiz var ki, bu gün üç rəngli bayraq yolunda repressiyaya uğramış, sürgün olunaraq döğma vətənindən, döğmalarından ayrı düşərək Sibirin “gedər gəlməz” yollarında məhv olmuşlar.
Bütün bu tarixi hadisələr poeziyada, romanlarda bir sözlə ədəbiyyatın hər bir sahəsində öz əksini taparaq gənc nəslin milli ruhda yetişməsinə yardım edir. Azərbaycan xalqının Nizamiləri, Füzuliləri, Nəsimiləri, Üzeyirləri, Cavidləri, Cavadları, Bəxtiyarları, Xəlil Rzaları və onlarn qələmə aldıqları istiqlal arzuları və tabutları üç rəngli bayrağa sarılmış Mübarizləri, Poladları İlqarları minlərlə şəhidlərinin qanla yazılmış adlarını nə bu millət, nə də bu tarix unutmayacaq.
1918-ci ildə ilk dəfə üç rəngli bayraq dalğalananda vətənini azad müstəqil görmək yolunda son damla qanını qurban verən, ən gözəl şeirlərini bayrağa, üzərindəki aya ulduza həsr edərək sevgili bayrağımızı daha da sevdirən istiqlal şairimiz Əhməd Cavad (1989-1937) və himnimizin sözləriniə musiqi bəstələyən dahi Bəstəkarımız Üzeyir Hacıbəyov xalqa böyük miras qoymuşlar.
Əhməd Cavad o illərdə üçrəngli bayrağı, cümhuriyyət dəyərlərini tərənnüm etdiyinə görə sonralar bolşevik tənqidinə məruz qalir. Şair masa arxasında əlində qələm, isti otağında bayrağı, ay-ulduzu misralara düzməyib. O, üç rəngli bayrağın Azərbaycan səmalarında dalğalanması yolunda, Cümhuriyyətin qurulmasıda çox işlər görmüş, dövrü mətbuatda məqalələrlə çıxış etmiş, gənc nəslin vətənpərvər kimi yetişməsində bir müəllim olaraq əlindən gələni əsirgəməmişdir.
Öz tarixini, milli kimliyini yaxşı bilən şair şeirlərində təkcə Azərbaycan bayrağını deyil, ən çətin günlərimizdə, 44 günlük Vətən müharibəsində daimə yanımızda olan Türk qardaşlarımızı, Türklüyü, Türk bayrağını da öz yaradıcılığında tərənnüm etmişdir.
Əzəmətlə dalğalanan Türk bayrağına “Çırpınırdın Qara dəniz” şeirində türk bayrağını ən ucalarda görərək --“Ah!..” deyərdim, heç ölməzdim, //Düşə bilsəm ayağına”, - deyə türk bayrağına sonsuz məhəbbətini bildirirdi və bu sonsuz məhəbbəti bizlərə miras qoymuşdu.
Şeirlərində Vətən sevgisini, Cümhuriyyəti, onun simvollarını tərənnüm edən Ə.Cavad daim təqib olunmuş, qələm yoldaşları tərəfindən tənqidlərə məruz qalmışdır. Ə.Cavad kimi yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimayi fikrin inkişafına xidmətlər gösrərmiş dahi bəstəkar Ü.Hacıbəyоv da xalqa əvəzsiz xidmətlər göstərmişdir.
Yaşar Qarayev ədibə yüksək qiymət verərək yazır: “Üzeyir Hacıbəyоv iki böyük dövrün klassiki kimi tarixə daxil оlub: inqilabdan əvvəlki dövrün və sоsializm dövrünün! Lakin оnun musiqi dühasında bədii-mədəni keçmişimizin bütün dövrləri əksini tapıb. Indi artıq nəinki keçmişimizi, musiqimizin gələcəyini də Üzeyirsiz təsəvvür etmək mümkün deyildir. О, artıq xalqın milli dühasının bir parçasına, tariximizin özünün müasirinə-ədəbi yоl yоldaşına çevrilib”
Böyük bəstəkarımız Qara Qarayev Üzeyir Hacıbəyоvu “Musiqi mədəniyyətimizin atası” adlandırır. Biz ədibin həyat və yaradıcılığı ilə yaxından tanış оlanda görürük ki, оnu təkcə Azərbaycan musiqi mədəniyyətinin atası yоx, bütünlükdə Azərbaycan mədəniyyətinin atası hesab etmək оlar. О, təkcə bəstəkar deyil, həm də pedaqоq, peşakar jurnalist idi. Оnun, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmət əvəz оlunmazdır.
О, dövrün ağrı-acıları bir çоx sənətkarlar kimi Üzeyir bəydən də yan keçməmişdi. Azərbaycan musiqisinin inkişafı, Üzeyir Hacıbəyоv yaradıcılığının geniş və rəngarəng müvəffəqiyyəti çоxlarını narahat edirdi. Nadan ziyalılar оnun şəxsiyyətinə, yaradıcılığına, xüsusən “Arşın mal alan” оperasına layiq оlmadığı təhqiramiz hücumlar edir, ələ salır, lağa qоyurdular. Bu barədə görkəmli jurnalist Hüseyin Minasazоvun qeyd etdiyi kimi “оnun gözəl əsərlərini utanmazcasına оğurlayırdılar, istedadsız şəkildə оnu yamsılayırdılar”.
Üzeyir bəyin ölməz əsərləri təkcə Azərbaycanda deyil, bir çоx ölkələrdə, xüsusən türkdilli ölkələrdə tanınılır və sevilir.
Ağır və kəşməkeşli bir dövrdə yaşayıb yaradan, xalqını sovetlərin müstəmləkə zəncirlərindən xilas olması üçün səsini ucaldan ədiblərimizdən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi istiqlal şairlərimizin bütün yaradıcılığı xalqa məhəbbət, xalqının dilinə məhəbbət, el-оbasının sadə, zəhmətkeş insanına, sıravi vətəndaşına məhəbbətlə yоğrulmuş taleləri 20 yanvar faciəsini yaşamış və qələmlərini süngiyə çevirmişlər.
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi bir cox şairlərimiz xalqı əsrimizin sonlarında azadlıga səsləyən və bu azadlığı sonsuza qədər əldə etməyə nail olan sənətkarlarımız doguldu.
Milli istiqlalımızın poetik nəğməkarı, azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri olan xalq sairi Xəlil Rza Ulutürk XX əsrin 50-ci illərində yaradıcılığa başlayıb, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşən İkinci Respublika dövrünün yasaq çərçivələrini parçalayıb əsərləri və ictimai fəaliyyətilə rejimə meydan oxuyan, 80-90-cı illərdə Azərbaycanın azadlığı və istiqlalı uğrunda mübarizəni öz yaradıcılıq və vətəndaş amalına çevirən görkəmli xalq şairimizdir. “Böyük məsuliyyətlə və özünə qarşı amansız tələbkarlıqla hüdudlanan fasiləsiz idrakı axtarışlar və tapıntılar Xəlil Rza Ulutürkün lirik qəhrəmanının başlıca əlamətlərindən biri, bəlkə də birincisidir.”
“ ...Alın paltarında nadan görəndə, // Bir az addımını ləngidir Vətən. // Mərdlərin əliylə ağ ciyərlərin, // Üzünə çırpılan sillədir Vətən” – deyə vətənin azadlığı, isdiqlalı üçün səsini ucaldan şair çox təəssüf ki, torpaqlarımızın azad olduğunu görmür.
“Böyük sairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma törpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyrətli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdı.”
Xəlil Rza Ulutürk yaradıcılığında türkçülük, turançılıq, türk birliyi gücünü hər zaman “Azadlıq meydanı”, “Qalx ayağa, Azərbaycan”, “Sən alçaqsan”, “Boz qurda öygü”, “Azərbaycan türkcəsi”, “Türk” və s. şeirlərində tərənnüm etmişdir.
Milli azadlıq və demokratiya uğrunda hərəkatin inkişafında tarixi xidmətləri olan şairimizdən biri də Bəxtiyar Vahabzadədir.
60-cı illərdən başlayan milli azadlıq hərəkatının fəallarından biri, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yaziçilar birliyinin üzvü, Azərbaycan Xalq şairi, filologiya elimləri doktoru, professor, Azərbaycan MEA-nin həqiqi üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Lauratı, millət vəkili, ən önəmlisi də millətinin azadlıgı ugrunda qələmini süngüyə çevirmiş Bəxtiyar Vahabzadə.
Yaşar Qarayevin dediyi kimi: “Bəxtiyar Vahabzadə üçün ayrıca bir “tarixilik” anlayışı yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir “intellektual qəhrəman” yoxdur. Onun üçün yalnız eyni, vahid, yekparə varlıq müqəddəs, ədəbi Azərbaycan vardır”.
Şairin 1958-ci ildə yazdıgı “Gülüstan” poemasına görə “millətçi” damğası vurularaq 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən xaric edilir. Poemada iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının pəncəsi altında vətən uğrunda ədalətli mübarizəyə qoşulmuşdu. Şair Sovet rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi dövründə yazılan bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan sonra, “Sandıqdan səslər” başlığı altında nəşr etdirir. 20 yanvar faciəsinə indiyədək cox əsərlər, məqalələr, şeirlər yazılıb. Lakin bu faciəyə yüksək səviyyədə həqiqi siyasi qiymətini öz qələmilə Bəxtiyar Vahabzadə verib.
Şairin “Şəhidlər” kitabında gedən “Nə istəyir bu millət?”, “Təzadlar içində”, “Eşq olsun sizə”, “Matəm mərasimi”, “Xəcalət”, “İlham-Fərizə”, “İki gün sonra”, “Şəhidlər”, “Son” kimi xalqın agrıacılarını göstərən şeirlər şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.
“Qatil gülləsinə qurban gedərkən, // Gözünü sabaha dikdi şəhidlər. // Üç rəngli bayragı öz qanlarıyla, // Vətən göylərinə çəkdi şəhidlər”- misraları onu bir vətəndaş kimi öz duyğulandırır, millətinin bu acı anlarını şeirlərində əks etdirərək, xalqı ilə bərabər “Qara yanvarı” yaşayır.
Xalqın dərdinə şərik olan şair hər zaman millətin azadlığı, istiqlalı ugrunda qələmi ilə mübarizə aparmış, şeirlərində türk xalqının qanı bahasına olsa belə, heç vaxt məglub olmayacağini, hər bir misrasında səsləndirir.
Zəfər ədəbiyyatı xalqın qürur səlnaməsi, şəhidlərin əbədi xatirəsi, qazilərin qəhrəmanlıq dastanı və gələcək nəsillərə ünvanlanan mənəvi vəsiyyətdir. Bu ədəbiyyat təkcə yaşanmış tarixi hadisələri deyil, həm də milli ruhun yenilməzliyini, azadlıq idealının müqəddəsliyini və qələbənin mənəvi-fəlsəfi mahiyyətini ifadə edir. Xalqımızın qazandığı bu möhtəşəm qələbə ədəbiyyatımıza yeni ruh, yeni məzmun və yeni qəhrəmanlıq obrazları gətirmiş, söz sənətinin qarşısında xalqın mübarizə əzmini, Vətən sevgisini və tarixi ədalətin təntənəsini bədii şəkildə əks etdirmək kimi mühüm bir missiya yaratmışdır.
Bayrağına, gerbinə, müstəqilliyinə sarılan millət bir daha sübut etdi ki, Azərbaycan dövləti gec də olsa itirdiklərinə sahib çıxır. Və bu gün 44 günlük Vətən müharibəsinin növbəti il dönümünü qürur və sevinclə yaşayan xalq, bir gün parçalanmış Azərbaycanın birliyinin həsrətini gözləyır.
Göyərçin Abidqızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent