Şövkət Zərin Horovlu - Bu payızı gözlədim
Asıldı qayadan-daşdan,oğullar,
Vətəni çıxardı yasdan oğullar
Yazılmamış nağıl,dasdan oğullar
Ölmədim bu günü gördüm, İlahi!
Bu payızı gözlədim
Bahar kimi çiçək açdı bu payız,
Hər tərəfə işıq saçdı sarıllq.
Bu payızın bu il sanki yox idi,
Üzündə qəm ,qucağında ayrılıq.
Buludlar da göz yaşların sovmuşdu,
Bu göyərən ümidlərin xətrinə.
Göy üzü də qəm karvanı qovmuşdu,
Nəşə dolu bu günlərin xətrinə.
Zəfər yağır bu payızın gözündən
Sarı yarpaq sanki yanar məşəldi.
Çən -çisəyi selə dönüb elə bil,
Bu payızın ağlamağı gözəldi.
Torpağıma xoş gəlmisən payızım,
Zəfər gətir ,toy-düyünlər çox olsun.
Ellərimiz geyinsin yaz libasın,
Ömrümüzdən bu qəm kədər yox olsun!
Gözlərimə şəklin çəkib @@@@@ağrımın,
Həsrətimi ürəyimdə közlədim.
Dözə -dözə daş bağlayıb bağrıma,
Otuz ildir bu payızı gözlədim.
Oktyabr 2020