Rafail Tagızadə - Gözlənilən gün idi

Gündəm 19:25 / 07.11.2026 Baxış sayı: 108

Gözlənilən gün idi,

Yetişən məqam idi.

Düzülən sıralarda

Hamı bir adam idi.

Bu artıq arzu deyil,

Bu məqsəd, hədəf idi.

Ordu xalqla vəhdətdə -

Hamı bir tərəf idi.

Uğura inanırdı,

Orduya gedənlərim.

Bu Torpağı, Vətəni

Canı tək sevənlərim.

Çağırırdı bir səslə:

“Harda dayanım, durum,

Yerimi göstər, Vətən!

Sorğulara hazıram,

Sorğunu göndər, Vətən!

Hər zaman hüzurunda,

Əmrində ən öndəyəm.

Sevgilər sırasında

İlkinəm, birincinəm!

Mən səninçün doğuldum.

Sənsiz kiməm, nəçiyəm?!

Sən mənim qürur yerim!

Mən sənin əsgərinəm!”

"Zəfər sevinci" poemamdan