NEYNİM - Sevil Azadqız

Ədəbiyyat 10:26 / 07.11.2026 Baxış sayı: 746

 

Getdim o dağlara dərdimi deyim,

Yalvardım nə qədər duymadı, neynim.

Dedim icazə ver, dönüm başına,

Çökdürdü dumanı, qoymadı, neynim.

 

Yağdırdı leysanı, qopardı tufan,

Elə bil canımdan ayırdı bir can.

Oldu bağrım başı həsrətdən şan-şan,

Məni öz doğması saymadı, neynim.

 

Yordu yoxuşunda, tutub saxladı,

Aşrımda tor qurdu, yolu bağladı.

Sinəmə dağ çəkdi, yaman dağladı,

Ağlatdı gözümü, doymadı, neynim.

ı