Qarabağ Universitetinə qəbulun vaxtı AÇIQLANDI

Gündəm, Elm 16:42 / 30.11.2023 Baxış sayı: 1857

Qarabağ Universitetini 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab edirik.

Yenises.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib:

"Xankəndidə 800-1000 min tələbənin təhsil almasını planlaşdırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq. SABAH qruplarına müsabiqə əsasında II kursların da qəbulu nəzərdə tutulur".