Nəşi tapılan hərbçimiz dəfn olundu - FOTOLAR

MƏMLƏKƏT 10:52 / 12.06.2024 Baxış sayı: 2175

Nəşi tapılan əsgərimiz Ordubadda dəfn olunub

Yenises.az xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ilə bu gün Gənzə kənd qəbirstanlığında vida mərasimi keçirilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ceyhun Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb.