Mustafa  Çəmənlinin "ÖLÜM  MƏLƏYİ  "  tarixi  romanı   təkrar  çap olundu.

Ədəbiyyat 13:30 / 11.01.2024 Baxış sayı: 1836

 

Yeni ilin ilk  günlərində  “Təhsil”, öz  sadiq  oxucularını  sevindirib.Be lə ki,  naşiri  TuralAxundov , redaktoru    Sevinc Nuruqızı    və  Rəssamı  YaşarSəmədov  ölan «Ölüm mələyi» romanı   təkrar  çap olunmuşdu.

Xatırlatmaq  istərdik ki,  tanınmış  yazıçı,«Xallı  gürzə»,«Səs  qərib  olmur»,«Fred  Asif»,«Ruhların üsyanı" , "Üç  yaşlı əsr"  və başqa dəyərli bədii əsərlərin müəllifi Mustafa Çəmənlinin«Ölü  mələyi  tari  romanında  Azərbaycan  tarixinin  çox  mürəkkəb və ziddiyyətli bir dövrü təsvir olunur. Romanda I Şah Təhmasibin ömrünün son  günləri,onun  ondoqqu  il  alt  a  iyirmibir    gün  Qəhqəh  qalasında  dustaq etdiyi oğlu İsmayıl Mirzənin hakimiyyətə gəlməsi və fəaliyyəti öz əksini tapmışdır.

«Ölüm mələyi» romanının süjet xətti tarixi romanlara xas ənənəvi döyüş səhnələri ilə deyil, saraydaxili ziddiyyətlər, insan münasibətləri, hakimiyyəti əldə etmək və onu qorumaq uğrunda mübarizə yolları ilə səciyyəvidir.

Səfəvilər xanədanının böyük bir dövrünü əhatə edən bu romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər bəyim, İbrahim mirzə, Hüseynqulu  Xüləfa və başqa tarixi şəxsiyyətlərin dolğun bədii obrazları yaradılmışdır.

Roman 2012-ci ildə “Azərbaycan” jurnalının 4,5,6-cı nömrələrində, elə həmin ildə də kitab halında çap edilmişdir.

Roman 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülmüşdür.