Muğam oxuya-oxuya idman etdi - VİDEO

Maraqli 18:09 / 05.04.2024 Baxış sayı: 1168

Xanəndə Pərviz Qasımov yeni görüntüləri ilə marağa səbəb olub.

Videoda muğam ifaçısının idman edərkən elə muğam oxuduğu kadrlar əks olunub.Görüntülər sənətçi idman zalında məşq edərkən lentə alınıb.

Sosial şəbəkələrdə yayılan video izləyicilərin müzakirələrində səbəb olub.

Xatırladaq ki, xanəndə Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibidir.

O keçmiş baş nazir Novruz Məmmədovun kürəkənidir. Muğam ifaçısı sabiq nazirinin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

Onu da qeyd edək ki, Pərviz Qasımov bir müddət əvvəl BƏƏ-də keçirilən “Dubai pro 2023” adlı "Bodybuilding" yarışında istirak edib.

Bir çox ölkənin idmançısının qatıldığı yarışda Pərviz Qasımov 6 nəfərlə finala vəsiqə qazanıb. O, yarışda 4-cü yerə sahib olub.

 

Baku.ws