Kəramət : - Milçəyin CİNSİYYƏTİ

YAZARLAR 08:53 / 23.05.2024 Baxış sayı: 1197

YOLLAR SƏNİ ÖZÜNƏ APARIR..

(BAŞının başını qatmaq)

..hər fərdin, toplumun özünəxas gündəmi var: günü-güzəranı, yaşam şəttləri, standartlarıyla bağlı.

Azərbaycan vətəndaşının gündəmi fiziki sağ qalmaq, dolanışıq qayğılarıdı..hər məmur, nazir işə bazara gedircəsinə (aldığı məvacib nəyə yarar) işə gedir ki, nə al-ver edəcək: Aşağıdan nə alıb yuxarıya nə verəcək ki, özünə bir şey qalsın...mütləq çoxluq əzilir və əzilməlidir də. Acından ölür Fransanı söyür, heykəldə, ŞAHMAT FİKURLARINDA BELƏ CİNSİYYƏT ORQANI ARAYIR., əslində 80%-in dərdi cinsiyyət aramaq deyil ki, zatən heyi yox, nə yeyib-içib ki...nansı əhvalda ki..harasına yaraşır SEVGİ..ac qarnın sevgisi mədəylə ölçülür.

Öz işini layiqincə, aldığı pula görə yerinə yetirən fahişə ləyaqətsiz nazirdən, deputatdan, elə alim-şair həşəratlarından daha namuslu, ləyaqətlidir.

Bir dilənçinin də diləndiyi əraziyə görə haqqı var buralarda, bir Xalq Şairi partiyasını qapadıb ayda 20.000 man alırsa, deputat "paketi"xaric sən nəyi qoyub nə Azərbaycan nağılları oxuyursan...

Xoşqədəm-zaur-..çöl..sadəcə başqatmaq üçün ayarlanıb, haqqını alanlardı və kütlənin damarını tutan, kodlarını bilən üstproje hansı mövzularla baş qatmaq olar?ı bazara çıxarır ki, biraz da bunu gəvələyin...həftədə, ayda-ildə dilinə ət dəyməyən , ildə bir dəfə xaricə səfər etməyin arzusunu belə "menyü"dən çıxarmış. gicələnbaba olan adamların şəkil çəkdirmək, tədbirlərdə poz vermək ehtirasları elə o yoxluğu reklamla-yalanla basdırmaq cəhdləridi.

Müasir Yazıçının da ev-mənzil problemi -mövzusu varsa, bu yazıçı nəinki dünya ədəbiyyatına çıxa bilər., heç yerdə qəbul görməz. Bizim yazıçıların mövzusu, həyata baxışı hələ uyuşmayıb, orta səviyyəli bədi düşüncədən də aşağıdı.

Ac-gic adamın düşüncəsi olmaz.

Xəyalların da yox ki, oturub ona güləsən..."1984" romanında "düşüncə polisi", İranda "Əxlaq polisi", Türkiyədə "Gizli tanıq-şahid",

bizdə nə va.r."arzulanmayan"-yəni qoyun deyil, düşünə bilir, azca da əxlaqını qoruya bilib.....həmyerlimiz deyil nepotizmi.

EH...AH...OF....

Türkiyədə kosmonaft kosmosun sirlərinə vaqif olması-mülahizələriylə deyil, KOSMOSDA NAMAZ QILMASIYLA, BİZDƏKİ ŞAHMATÇI DA MİLÇƏYİN CİNSİYYƏTİNİ SORĞULAMASIYLA GÜNDƏM OLURSA....

YA ALLAH BAŞIMIZA DAŞ YAĞDIRACAQ, YA DA ÖZÜMÜZ BAŞIMIZI BİR QAYAYA VURAQ...AXI BU BAŞ BAŞ DEYİL

Hə, mən sənə nəyisə izah etmirəm, sadəcə özümü ifadə edirəm: ağac, quş, çiçək kimi.

Zamanın atıb getdiyi adamlarıq Allahın da unutduğu yerdə.

Daha adamlarda deyil, şəkillərdə təbii duruş, ürəkdən gülüş gəzirəm,

şəklimiz də saxtadı, poz veririk...kimə, nəyə, niyə...sadəcə özümüzcə-içdən gülümsəməyi də unutduq.

Zamandan sonrakı zamana bizi buraxmayacaqlar.