Ağaevli Əli Hacı : - Mənə Təbriz verin...
Mənə Təbriz verin,bir sağlıq deyim
Badəmə Savalan yay qarı qoysun !
Zəncandan dəmiyə çörəyi verin,
Araz,aralığda Etibar olsun !
Verin atlarıma yürümək ruhu,
Yürüyüm Xoyumdan Qaşqaya qədər !
Siz Tanrı,duamı türkcə eyləyin
Elimə,Obama gəlməsin kədər !
İçim sağlığına Xorasanında,
Qəzvindən Kərəcə beş barmağımdı !
İlahi ! Urmunun suyundan gətir
Görsün xəstələri,necə sağaldı !
Çörək tək Astara ,Culfanı böldüm
Böldüm talehimi barışıqlara !
Mən,qurban kəsmirəm,mən qan tökmürəm
Buraxdım sazişi danışıqlara !
Döyüşdüm özümlə,öz torpağımda
Nə qədər göz varmış,göz torpağımda !
Götürün,yağılar iz torpağımdan
Dünya da barışar,TÜRK olmağımdan !
Mənə Təbriz verin,bir sağlıq deyim
Badəmə Savalan yay qarı qoysun !
Zəncandan dəmiyə çörəyi verin,
Araz,aralığda Etibar olsun !
21Ağaevli Əli Hacı, Əlizadə Nuri və başqa 19 nəfər