Səndən sonra - yazdı   Şövkət Zərin Hprovlu.

Ədəbiyyat 15:18 / 28.07.2025 Baxış sayı: 1402

 

Təzə tər çiçəyin idim,

Solmuşam səndən sonra.

Köməşən bulud sayağı ,

Dolmişam səndən sonra.

 

Ruh sərgərdar ,tale dönük,

Ömür yalan,ürək sönük.

İç dünyası bölük-bölük,

Olmuşam səndən sonra.

 

İtib ürəyin sevinci,

Tükənib taqəti,gücü.

Xatirələrə keşikçi,

Qaımışam dəndən sonra.

 

Talandım təklik əlində,

Dərd dilləndi zildə, bəmdə.

Sənsizliyi sarı simdə,

Çalmışam, səndən sonra.

 

Şövkətəm ,köcmüşəm qəmə,

Dönmərəm , əzəlki dəmə.

Meylimi sözə , qələmə ,

Salmışam səndən sonra.