Kəramət : -ƏDƏBİYYATIN PİŞTAXTA MƏHKUMLUĞU

YAZARLAR 09:21 / 13.07.2024 Baxış sayı: 2739

 

ŞƏMS VƏ MÖVLANƏ , GOR İLANI , BƏSİT BİR BAŞLANĞIC

Şairlik-yazıçılıq rola girmək, poz vermək (yazıyla,fotoyla) deyil, şöhrət-mənsəb manyaklarının cangüdəni də deyil, əksinə, həyatın ona biçdiyi libası, rejissor kimi verdiyi rolu imtinadı. Axı , O həyatın özünün özüylə söhbətidi. "Yer üzünün xəlifəsi tüccara minnət eyləməm"dədi O.

Piştaxta düşüncəsinə məhkum olanların ruhunu çoxdan tərk edib.

Mövlanənin şöhrəti dünyaya yayılanda Şəms onun yanına gəlir, nəhəng kitabxanasında daha çox hansı kitablara önəm verdiyini soruşur. "hamısı" cavabından sonra özü üç kitab seçib hovuza atır, Mövlanə kitabları hovuzdan çıxarmağa çalışarkən mane olur. "Zatən onları oxumusan, indi insanı-məni oxu ki, bilgin tamamlansın". Bax onda Mövlanə Şəmsi ilk dəfə görürmüş kimi ona baxır,kəşf edir ,vurulur. Düzü, heç bilmirəm bu hadisənin öncəki yanaşmamla nə əlaqəsi var.

Ömür bitincə söykəndiyin hər zad səni tərk edər, yazılarından başqa.

Ətiniz ürpənməsin,-bir qəbirdən ilan çıxanda ona xeyli baxdım,-düşüncəm donmuşdu.

Bir şairin adı verilmiş küçəylə gecəqonduma addımlayırdım. Heç ağlıma gəlməzdi Kİ, o gor ilanı indi, məhz indi yaddaşımda qıvrıla-qıvrıla özünü yada salacaq