Islam Türkay - YOXDU...

Ədəbiyyat 07:40 / 05.10.2025 Baxış sayı: 1355

Elə tənhayam, İlahi,

Bir gedəcək yerim yoxdu.

Hamı acdır,-"alım" deyir,

Bİr kafada -"verim" yoxdu.

 

Bu da belə bir aləmdi

Hər addımda dərddi-qəmdi...

O,fəxrimdi--Fəxriyyəmdi,

Ona layiq şerim yoxdu...

 

Su açıb bağa varıram,

Bel ilə yeri yarıram.

Gözdə sə dərd suvarıram,

Daha gizli sirim yoxdu...

 

Mən nə deyim namərd vaxta,

Sevdiklərim çox uzaqda...

"Ölmüşlərim" kef-damaqda

Çevrəmdə bir dirim yoxdu...