Fərhad Tapdıqoğlu - Bir az da təbəssüm
O günləri məhləmizdə bir davanın şahidi oldum.Gəlin və baldız dalaşırdılar.
İstər-istəməz mən də qulaq kəsildim.
Baldız gəlinə :
--Görüm sən heç ana olmayasan.Pamperslərə ( bezlərə) baxa- baxa qalasan...-deyirdi.
Gəlin:
---Görüm, səni əynindəki cırıq şalvarda,yamaqlı köynəkdə qalasan.Evdə qız qalıb,qarıyasan...- baldızına dedi.
Ardını eşitmədim...
Yadıma illər öncə, mən hələ yeniyetmə olanda kəndimizdə baş verən bir gəlin -baldızın "saçyoldusu" düşdü.
Baldız gəlinə deyirdi:
--Qardaşım üstünə günü gətirsin.Yana-yana qalasan...
Gəlin isə baldıza:
--Evdə qalıb,un çuvalına tay olasan.Bəxtin qara gəlsin...- deyə qarğıyırdı...
( Təbii ki,bu bir zarafatdır)
Xanımlar ,üzünüzdən,təbəssüm ,gülüş əskik olmasın!
Bütün qızlar ər evi çırağını yandırsınlar!
Hər bir ocaqdan körpə səsi eşidilsin.
Sizə qadın xoşbəxtliyi arzu edirəm!
Bayramınız mübarək!