Evə basqın edən silahlı şəxsi zərərsizləşdirdi - BAKIDA

KRİMİNAL 09:13 / 10.09.2024 Baxış sayı: 2293

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi  rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə  qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin etməklə polis əməkdaşları tərəfindən  şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.  

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə  məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib. 

Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.