Əşrəf  Veysəlli - SEVGİDİR

Ədəbiyyat 20:12 / 17.02.2026 Baxış sayı: 205

 

Canı can istəyir, qanı qan çəkir,

Bu pünhan duyğunun adı sevgidir.

Balıncı başımın altından çəkir,

Bu odur,

bu odur, odur- sevgidir.

 

Haqsız qınaqsa da, nahaq qansa da,

Yersiz sınaqsa da, imtahansa da,

Ondan neçə kərə ağzım yansa da,

Ağzımın ləzzəti, dadı sevgidir.

 

Ey durub qəsdimə, yol kəsən gözəl,

Mənim taleyimsən bəlkə sən , gözəl…

Olsan ürəyimə yol gəzən, gözəl,

Mənim ürəyimin kodu sevgidir.

2015- ci il.