Əlizadə Nuri - Ömür- yanmış zəmi kimi

Ədəbiyyat 11:03 / 17.02.2026 Baxış sayı: 1065

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?!

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

 

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?

 

Ömür- yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

 

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...