Elnur  Uğur  Abdiyev - Vətən sözü...

Ədəbiyyat 18:00 / 20.11.2026 Baxış sayı: 509

Bu torpağın alnında,

Hər damla Şəhid qanı,

Dünyanın sabahına

Yazır Azərbaycanı.

 

Vətən sözü boyayla,

Yazılmaz kı, bu haqdır.

Vətəni yazanların,

Adı yaşayacaqdır.

 

O qanların canıyla,

Yaşayır Vətən- Ana!

Onlar ömür bəxş etdi,

Anam Azərbaycana!

 

Onlar oğulluq eşqin,

Gerçəkdə yaşadılar.

Odur Vətən adıyla,

Daima qoşadılar.