Aləmzər sSadıqqızı - Milyon-milyon könüldəyəm...

Ədəbiyyat 10:42 / 20.11.2026 Baxış sayı: 789

 

Daha heç nə istəmirəm,

Bitdi bütün arzularım...

O dünyada çin olarmı,

Uydurduğum nağıllarım.

 

Mən qanadı qırıq quşam,

Bir yuvası dağılmışam...

Sarayları bəyənmədim,

İt damına sığınmışam...

 

Nə mələyəm, nə bəndəyəm,

Mən də belə zülümdəyəm.

bircə ondan əminəm ki,

Milyon-milyon könüldəyəm!