Əlləsgər Əlioğlu  - YOL ÇƏKİRƏM  TORPAĞA...

Ədəbiyyat 09:33 / 23.04.2026 Baxış sayı: 345

...Yavaş yavaş meylim qonan torpağa,

Yol çəkirəm taleyimin qışından...

YOL ÇƏKİRƏM

TORPAĞA...

Mamırlayıb neçə-neçə diləyim,

Öz üstümdən əsib gəlir küləyim...

Bir zamanlar çiçəkləyən ürəyim,

Daha çıxıb bu bəxtimin huşundan.

Sözlərimin xəmiri də acımır,

Öz içimə yapanmıram acımı...

Qanadlari elə sınıb,uçanmir,

Əl üzmüşəm bəxtin şahlıq quşundan.

Sözlərimlə başlamışam sınağa,

Buludlarım hey döşənir varağa...

Yavaş-yavaş meylim qonan torpağa,

Yol çəkirəm taleyimin qışından.

07.07.2025

Sevil İsayeva örtük şəklini yenilədi.

2 saat ·