Ağaevli Əli Hacı -Durum,bir udum su içim
Durum,bir udum su içim,
Boğazımdan keçsin hava !
Qara günə ağ geyinim,
Günümdən su içsin hava !
Ver əlimin işığıyam,
Al əlimin işığı yox !
Dərd ilə doğma kimiyəm,
Sevinclə tanışlığım yox !
Külək kimi qapı-qapı,
Əsdim,açılmır qapılar !
Xəstə kimi Haqq gəzirəm,
O,da ki,çətin tapıla !
Kəfən cırdım hər anıma,
Ölüb-dirilmək bu imiş !
Ömrümü kor elədilər,
Hər şeyi gördü bu ölmüş !
Ağrımı çəkdim sahilə,
Bağrımı yardım Tanrıya !
Çox sirr apardım Tanrıya,
Bəlkə,məni O, tanıya !