Əlizadə Nuri - Üfüqləri kim çəkibdi tarıma?
Ədəbiyyat
11:40 / 06.09.2026
Baxış sayı: 159
Bu dünyanın əyri üzü ağrımaz,
Halal yeri, hamar yeri ağrıyır.
Kimlər qoyub bu dünyanı qumara?-
Taleyinin qumar yeri ağrıyır.
...Bu ağ çiçək bəlkə sənin əl izin?
Kədərini işığa at - ərisin.
Bircə dəfə adımı çək, əzizim
Adımdakı qubar yeri ağrıyır.
Üfüqləri kim çəkibdi tarıma?
Aman bulud, için- için zarıma.
...Zalım dostlar, gedin deyin yarıma
Həsrətimin tumar yeri ağrıyır...