Əlisəfa Azayev : - Doğma məkan!...

MƏDƏNİYYƏT 11:04 / 13.07.2024 Baxış sayı: 4172

 

... Zərdabı, bəlkə də, daha çox Adil Abdullayelə tanıdı... "Gənclik" nəşriyyatı direktorunun müavini idi.

1991-ci ildə həmin nəşriyyatda üçüncü kitabı – "Gecəyarı sui-qəsd" povestlər kitabı 30 min tirajla çap olundu. Ona yüksək məbləğdə qonorar verildi. Kitab çox maraqla qarşılandı. Hətta Respublika prokuroru İsmət Qayıbov televiziyaya – Az.Tv-yə müsahibə verəndə həmin kitabı oxuduğunu, çox maraqlı bir kitab olduğunu dedi. O vaxt Adil müəllim ciddi şəkildə mənə dedi: "Sən daha başqa kitab yazma..."

Bir gün də "Azərbaycan" nəşriyyatında onu birisi ilə tanış edəndən sonra dedi:

- Mədəniyyət Universitetində iştəyirdim. Qələbə meydanı tərəfdən tələbələrlə gəlirdik. Birdən zəng gəldi. Konturum qurtardığı üçün yaxın nəşriyyata tərəf üz tutdum. Nə görsəm yaxşıdı, sizin həmin kitabdan xeyli sayda piratçılıq yolu ilə çap edirlər. Heyrətimi görən şəxs dedi: "Elə beş-on nüsxə biri xahiş edib. Onu hazırlayırır".

... Yolum Zərdabadı... Bu doğma məkan öz sakinləri kimi mənə də doğma və əzizdi. Xüsusilə Zərdab şəhəri ilə yaxından tanış olandan. Kürün sahili tərəfə ayaq qoyandan... Sanki, bu an dünyanı verdilər mənə. Axı, Kür Kürdəmir rayonunun Qaramahmudlu kəndində də bizə belə yaxın, doğmadı. Uşaqlığım, yeniyetməliyim, gəncliyim onun sahilində keçib. Saatlarla əyləşib xəyala dalmışam. Dalğalarının həzin pıçıltıları mənə min bir nəğmə oxuyub...

Yol maşını ilə gəlib, Ucarda düşürəm. Məni Zərdab tərəfə gedən taksilər arasında sürücü Vüsal Ağayev qarşılayır. Hiss olunur ki, həyat təcrübəsi olan, geniş qəlbli bir insandır. Zərdabın Alcanlı kəndindən olduğunu deyir. Deməsinə görə, əmisi Rasim kənd məktəbində hərbi müəllim işləyir. Oğlu Ağayev Mustafa hərbçidi. Naxçıvanda xidmət edir.

Söhbətimiz xeyli çəkir. Yaranmış səmimiyyətdən istifadə edib soruşuram:

- Ailəlisən?

- Bəli.

- Özün evlənmisən, yoxsa?...

O məni başa düşüb, gülümsər halda dilləndi:

- İnanın, müəllim... Seçim özümün olub... Necə deyim, bir imkanlı qadını kəndlərə aparırdım. Ticarətlə məşğul idi. Orada gördüm, bəyəndim də...

- Çox yaxşı.

- Özü də o qadın hər yerə gedən, alver edən adam deyildi. Üç imkanlı kəndin biri Qaravəllidi, Zərdabdadı... İkincisi Göyçayın Çaxırlı, üçüncüsü Ucarın Qaracallı kəndləridir.

Orada olduğum müddətdə Ucarın Qazyan kəndindən olan Nuru kişi ilə tanış oluram. Özündən razı bir insan idi. Cavanlıqda çox oyunlardan çıxmışdı. Şəki İpək Kombinatı ilə birlikdə. Burada barama kombinatının direktoru olub. Yaxşı qazanırmış... Bir gün də ehtiyatsızlıq edir, tələyə düşür. Deməsinə görə, külli mənimsənilmə olduğu üçün hətta onu ölüm cəzası gözləyirmiş.

Zərdabda olanda ilkin olaraq notariat ofisinə baş çəksə də, notarius yerində yox idi. İşçilərin deməsinə görə, Bakıya çağırtdırılıb. Bu görüş zamanı yenicə çapdan çıxmış "Notariusun qeydləri" və "Notariat sirri" kitablarımı ona təqdim etmək istəyirdim.

Zərdabı və zərdablıları mənim üçün doğmalaşdıran, bəlkə də, elə böyük yazarımız, xalqımızın mənlik şüurunun oyanmasında əvəzsiz rol oynamış, əsl mənada, mətbuatımızın atası Həsən bəy Zərdabidir. Bu büyük insanın tərcümeyi-halın bələd olanlar bilir ki, o, dövrünün necə böyük şəxsiyyəti, qələm sahibi olub. Bütün dünyanın örnək olaraq qəbul etdiyi rus yazıçısı L.Tolstoyla onun məktublaşmalarına bələd olmaq çox maraqlıdır. İslam dinini, əsl mənada, ona sevdirir. Fəlsəfi fikirləri ilə böyük yazıçını heyrətləndirir. Onun dedikləri tövsiyyələrlə razılaşası, qəbul edəsi olur.

Zərdab MKS-də olanda bir az heyrətlənən kimi olur. Direktorları Nailə Əliyevanı az-çox tanıyırdı. İşinə dəqiq bir xanım idi. Axı özü də gəlməmişdən əvvəl zəng çalmışdı. Deməsinə görə, texniki işçi vəfat edib. Hüzür yerinə gediblər. Onunla danışanda Nailə xanım pərişan halda dedi:

- Müəllim, üzürlü hesab edin. Qəfləti oldu...

Doğrusu, texniki işçinin hüzür yerinə beləcə cəmləşib getmələri yaxşı hal idi. Odur ki dedi:

- Narahat olmayın...

- Tələsməyin, biz tezliklə gəlirik. İşçilər sizinlə görüşmək istəyirlər.

Bu müddətdə kitabxanada səliqə-sahman yaradan texniki işçi Kürçaylı Ədəblə, biblioqraf... Kitab işləmə şöbəsində işləyən Cəbrayılova Vəzduha, oxu zalının müvəqqəti işçisi Veyisova Fatimə ilə tanış olur. O, analıq məzuniyyətində olan birisini əvəz edirdi. Fəal qız idi. Xeyli sayda kitab oxuduğu məlum olurdu. Onun detektiv kitablarından da bir neçəsinin adını çəkdi. Xüsusilə "Əsgər anası", "İstintaq sirri" kitablarını...

Qədəşova Gülnar da onun kimi. Şəki Pedaqoji məktəbi qurtardığını deyir. Böyük kitabxanaçıdı. Mütaliəçidi. Oxuduğu kitablarını sadalayır... Sərgidə də bu kitablar yer alıb: "Əsgər anası", "Amansız qatil", "Gözlənilməz hadisə", "Qorxulu oyun", "Kapitanın sərgüzəştləri", "Qatarda hadisə..."

Bu an onlardan biri deyir: "Mən sizi çox zəhmli hesab edirdim..." Diqqətimi bir yazı cəlb edir: "Bütün sirlərin açarı kitablardır".

Respublikamızda sovet layihəsi ilə tikilmiş üç böyük möhtəşəm kitabxana var. Neftçalada, İmişlidə, Zərdabda. Bəli, onlardan biri buradadı. Gözəl binadı. Səliqə-sahmanı da öz yerində. Ancaq çox təəssüf ki, son vaxtlar binanın damında xoşagəlməzlik yaranıb, damır. Xüsusilə gur yağışlı günlərdə... Əlaqədar təşkilatlar yəqin ki, bu işin yoluna qoyulmasında lazımi köməkliyi göstərəcəklər. Ulu Öndərimiz Heydər Əliyevin məşhur sözlərini oxuyur: "Kitabxana cəmiyyət üçün mənəviyyat, bilik, zəka mənbəyidir".

Həsən bəy Zərdabinin sözləridir: "Kitab bəşəriyyətin ən böyük kəşfidir". Vaxtında bu böyük insana qarşı edilmiş haqsızlıqlar yada düşür, gözlərim dolur... Xalqı üçün o, nələr etməmişdi... Mətbuatımızın ilki "Əkinçi" qəzetini çap etdirmiş, kəsərli yazıları ilə Rusiya İmperiyasına meydan oxumuşdu. Özümüzdən olan baltalar isə ona daha çox pislik etdilər. Bir müddət nəşi təzə yol çəkilişi ilə əlaqədar qəbirlər köçürüləndə basdırılmamış qaldı.

Ancaq həyat davam edir... Biz qalib xalqıq! Böyüklüyümüz də çoxlarına məlumdur. 44 günlük zəfər müharibəsi mənlik şüurumuzu özümüzə qaytardı. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə məhəbbət və sədaqətimiz sonsuzdur! Onun qiymətli sözləridir: "Azərbaycanın hazırda kifayət qədər güclü elmi potensialı vardır".

Heydər Əliyevin yeni bir sözləri diqqətimi cəlb edir: "Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir". Bu an ayaq səsləri eşidilir. Nailə xanımı tanıyır. Onu gəlişi münasibətilə salamlayır, "xoş gəlmisiniz" deyir:

- Bağışlayın, üzürlü hesab edin...

- Lap əla iş görmüsünüz. Toydan qalmaq olsa da, hüzür yerindən qalmaq olmaz.

Elə bir andaca geniş zalda söhbətləşəsi olur, hal-əhval tuturlar. Nailə xanım onu işçilərə təqdim edir. Maşallah, xeyli çoxdular. Bəlkə də, qırxadək işçi var. Söz ona verilir. Bir qədər geniş danışası olur. Onlarla gələn Namiq Atəş əsl mədəniyyət adamı şair, aparıcıdır. Bir sözlə, şənlik məclislərinin yaraşığı. Fəaliyyəti İmişli ilə yekunlaşmır, ətraf rayonlara da yola düşür. İlk andan onda xoş əhvali-ruhiyyə yaradır. Arada bir şeirlərindən deyir. Tanışlığa çox şaddır. Belə insanlardı milləti yaşadan. Sonda şəxsi maşını ilə onu avtovağzala gətirir.

Geri qayıdanda yol boyu Zərdab təəssüratlarının altında oldu. Orada suvarma sistemləri idarəsinin rəisi olan həmyerlisi Əhliman müəllimlə görüşə bilməmişdi. Başçının qəbul günü olduğu üçün. Su-Kanal idarəsinin rəisi Rafiq İsmayılov da onun kimi. Qardaşı oğlu Musa ilə birlikdə işləmişdi. "Azərsu" sistemində. Sonradan "Bilgəh" sanatoriyasında olanda orada görüşdülər. Bir neçə kitabını ona hədiyyə etdi. Daha doğrusu, əvvəl o tanıyıb, əlaqə saxlamışdı. Mehriban, dostcanlı adamdı. Bütün xeyir-şər məclislərində iştirak edən görərdi onu.

Geri qayıdanda aşağı yolla qayıdası oldu. Bu yolla ilk dəfə idi hərəkət edirdi. Təzə çəkilmiş, rahat yol idi. Sumqayıtdan olan Bəxtiyarla tanış oldular. Sözünü deyən, ötkəm adam idi. Eyvaz Bayramovla da onun kimi. Onlar Qarabağdan idilər. Prezidentə razılıq hissi ilə nə vaxt, necə qayıdacaqlarını sorğu-sual edirdilər. Arada gileylənir... Bu işi ləngidənləri qınayırdılar.

Bir sözlə, Zərdab səfəri beləcə başa çatır. İsti, bürkülü yay gününün onda doğurduğu xoş əhvali-ruhiyyə içində Kürdəmirə çatır. Zərdab MKS işçilərini bir daha yada salır, xatırlayıram... Onlara uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram...