Ələddin Əzimli - QORXU

Ədəbiyyat 11:04 / 20.04.2026 Baxış sayı: 315

 

" Sözlərdəki sən"dən

Yüzün içində birəm,

birin içində yüz.

Mən sahiləm,

sən çılğın dəniz.

Milyonların içində

tənha, kimsəsiz...

Xoşdurmu sənə,

dillənsənə!

Sağım, solum adam,

nəinki onlara,

özüm-özümə yadam.

Səhərə az qalır,

hələ oyağam.

Bir parça şüşədir

dünya əlimdə.

Sürüşüb düşməsindən,

çilik-çilik olmasından qorxuram.

Bu qorxu hissini

parça-parça edib, sındıran gərək.

Unutmamısınsa,

tənhayam, dedim bir az öncə.

Sığınmışam,

dar dalanda bir küncə.

Bu müdhiş mənzərəyə

həm qorxuyla,

həm də gözü yumulu baxıram.

Haçansa,

qeybdən kimsə,

köməyimə çatınca...