Ağaevli Əli Hacı: -   Pəncərəmdən gələn qonağa

Ədəbiyyat 12:46 / 20.04.2026 Baxış sayı: 294

 

Görən bu quş kimin ruhu?!

Keçib evin için gəzir.

Otağlardan otağlara

uçub qərib köçün gəzir ?!

 

Pəncərədən yolu açıq,

uçsun əli,qolu açıq.

Bu təmirsiz,bu yarımçıq

ev-eşiyi nəyçün gəzir?!

 

Ay ürəyim dur,arxa dur

gözlərimdə su axtarır !

Damarda qan laxtalanır

dən axtarır,biçin gəzir !