Ehtiram Ilham  : - Abbas Tufarqanlıdı.

Ədəbiyyat 19:42 / 29.03.2024 Baxış sayı: 1089

 

 

Ha deyib haqqı gəzirlər,

Hu Abbas Tufarqanlıdı.

...Ya Məhəmməd Füzulidi,

Ya Abbas Tufarqanlıdı.

 

Sözün peyğəmbəri kimdi?

Sazının minbəri kimdi?

Anrı hara, bəri kimdi -

Bu Abbas Tufarqanlıdı.

 

Dünya nə boydana darsa,

Düz deyilən nəsə varsa.

Təkcənə bir şair varsa -

O Abbas Tufarqanlıdı.

 

Dönüb dərdini aldığı,

Alıb ruhuna sardığı.

Ehtiramın qul olduğu

Qul Abbas Tufarqanlıdı!

 

 

29.03.24.