Bəhram Bilaloğlu : - Bütün sevgiləri...
Bütün sevgiləri ovcumda sıxıb-
Zamanla xərclədim bəşərə,Allah.
Hər bir kəs qəmini özümkü bildim-
Yolladım sevgiylə məhşərə,Allah.
****
Əzəldən ruhumla xidmət eylədim-
Yayıldı aləmə ruhumun səsi.
Getdim bir nöqtədən, son nöqtəyədək-
Duydum yaxındadır"Rahim"in səsi
****
Dəyişməz yolumda heç bir qaydalar-
Çıxsa da oxundan,hər iki aləm.
Cəhənnəm odundan xilas edəcək-
Haqq deyən adamlar,birdə ki qələm.