Əbülfət Mədətoğlu  : - Susduğum anın ŞEİRİ

Ədəbiyyat 09:18 / 01.10.2023 Baxış sayı: 2285

 

Susmuşam... ürəyimi -

yarpaq, yarpaq kəsirəm...

Tənhalığın əlində -

yarpaq kimi əsirəm!..

 

Kədər lövbər salıbdı ,

ağrılar da yurd yeri...

Yadımda bir ad qalıb -

sonuncu Umud yeri!..

 

Ruhumun tül üzünü -

damlalar naxışlayıb...

Bu qıza gül üzünü -

Yaradan bağışlayıb!..

 

Susmuşam ... öz içimin

divarının dibində...

Gülür mənə , uzaqdan -

təklik , əli cibində!..