Əbülfət Mədətoğlu  :  - Hər duamın...

Ədəbiyyat 12:44 / 06.06.2023 Baxış sayı: 1337

 

Hər duamın əvvəli SƏN, sonu O -

İkinizin işığında varam mən!..

Bir sevginin bütövlüyün tamlayan -

Həsrətimə, vüsalıma yaram , mən!

 

Gəlişimə kilidlənən qapının,

O üzündə xatirədi hıçqıran...

Əl izimlə cilidlənən qapının -

Bu üzündə baxışımdı qışqıran!..

 

Ortalıqda nimdaşlaşan ruhumun,

Nə çəkdiyin bilən O-du, bir də SƏN!

Ürəyimin sahibidi bilir, O! -

Demək SƏN də ONUNla bir yerdəsən!

 

Hər halımın, hər anımın duası

Ünvanlanır SƏNƏ, yalnız O-nunçün!

O bir eşqin əbədiyyət yuvası -

Axtaranda məni O- dan soruşun!