Aləmzər Sadıqqızı - Qoy isitsin Aləmi...
Yenə halım qəribə,
Yenə gözlərim yaşlı...
Göy üzü qaş-qabaqlı,
Bir az çiskin yağışlı...
Yenə yuxu görmüsəm
Qorxu alıb yanımı ...
Tanrım pənahım sənsən,
Hələ alma canımı...
Can sənindi bilirəm,
Bilirsən xoş günüm yox .
Gəl uzat əllərini,
Sənə ehtiyacım çox.
İştə, ölüm səninçün,
Bir az yaralarım var...
Hər gün dua etdiyim,
Sınıq balalarım var...
Mən ki, sənin qızınam,
Sən yaratmısan məni.
Mənə elə Günəş ver,
Qoy isitsin Aləmi...
29.1.2026.