Ağaevli Əli Hacı - Mən də bir cürə dəliyəm,
Gözəl söz Ustadı,Sufi qardaşım Sərraf ( Süleyman Həziyev ) Babaya
Mən də bir cürə dəliyəm,
sözün dəlisin deyirəm !
Neynəyim ki, çölümə də
İçin bəlisin geyirəm !
Açmışam sözün yaxasın,
astar üzə darıxmasın .
Qarşıma bir yalan çıxsın
soyub dərisin geyirəm !
Söz hər zaman ağ atında
qaç,sözüylə ox atandan !
Hər sözümün bax,altından
haqqın çuxasın geyirəm !