Ağaevli Əli Hacı : - Çox çalışdım görəm səni,

Ədəbiyyat 09:22 / 16.02.2025 Baxış sayı: 1169

Çox çalışdım görəm səni,

Həm ortada,həm qırağda!

Söz ,

Bir də,

İtən gün oldu aralığda !

Adınla gəzdim sənsizliyi,

Tənhalığımın gözüylə gəzdim !

Ayrılığına yandırdığım,

Ömrün közüylə gəzdim !

Hər ölən günü,

diri görmək istədim !

sənsiz gələn günləri,

ölü görmək istədim !

Görmək istədim,

görünmədin !

Sevmək istədim,

sevinmədim !

Sənə,ölmək istədim,

ölmədim !