"Abzas Media"ya görə daha bir jurnalist SAXLANILDI

KRİMİNAL 17:54 / 30.11.2023 Baxış sayı: 1847

Abzas Media"nın əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanılıb.

Yenises.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bu gün saat 15:00-da Bakı şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılan jurnalist idarədən Xətai rayon Polis İdarəsinə aparılıb. "Abzas işi"ndəki eyni qaçaqmalçılıq ittihamı ilə ona da cinayət işi açılıb.