Arzu Hüseyn : - Bir cüt qara bulud idi gözlərim...

Ədəbiyyat 08:05 / 07.06.2025 Baxış sayı: 1522

Bir cüt qara bulud idi gözlərim,

Bir himə bənd idi yağmaq üçün.

Dünya pəncərə də olmadı,

Yaşamaq yox, kənardan baxmaq üçün.

 

Mən səndən əlimi üzüb,

Üzdüm başqa limanlara.

Açdım yelkənlərimi küləyin köksünə,

Qarışdım küçədəki o sıradan adamlara,

 

Dedim xoşbəxt olaram bəlkə,

Oldum əksinə.

Şairlər xoşbəxt olmur ki,

Gözəl olur-

Uzağı dərd şərbətindən dadana qədər.

 

Vallah bu dünyada Allaha heçnə olmur,

Olan bizə olur,

Oyunun ən maraqlı tərəfi elə budur,

Uduzuruq, Tanrı udana qədər…