Fərhad Tapdıqoğlu : - Bəd...

(hekayə)
Bəd-əl Bəd-əlli hələ məktəb yaşlarından ta bu çağa kimi müntəzəm olaraq çoxlu bəd-ii ədəbiyyat oxuyur,bəd-ii filmlərə baxır.Özü riyaziyyat müəllimi olsa da,kiçik hekayələr yazır hərdən.Amma heç vaxt özünü yazıçı hesab etməyib.Şahidi olduğu hadisələrə bəd-ii təsvir vermək,onu bəd-iiləşdirib,özünəməxsus bəd-ii üslubda yazmaq qabiliyyəti var.
Bəd əməl sahibləri özünün satirik hekayələrində,novellalarında əsas personajlardır. Bəd-xah,bəd-nam qonşulardan da yazır ,bəd ayaqda dostunu atanlardan da...Bəd-niyyətlilərdən uzaq gəzir..Bəd-uğur insanlar da,görüb,öz səhvindən bəd-bəxt olanlar da...Bəd görünüş,bəd sifət, bəd rənglilərlə çox rastlaşıb.Bəd övladdan "əlhəzər" deyir Bəd-əl Bəd-əlli .İşi bəd gətirəndə də,heç kimin bəd-inə danışmaz Bəd-əl. Hekayələrinin bəd-heybət qəhrəmanları da var..Çətinliyə düşəndə də bəd-binləşməz , bəd-güman
adam da deyil Bəd-əl Bəd-əlli. Bəd-əsillərlə çox rastlaşmışdır həyatda.Həə,az qala unutmuşdum,kəndlərində Bəd-ir adında arvad da vardı,Bəd-irxan adında kişi də.Bəd-irxan kişinin bəd-öv atı da...
....Televizorun "Mədəniyyət" kanalında verilişləri çox izləyir.Teatr rəssamı Bəd-urə Əfqanlı haqqında verilişə axşam baxmışdı. Bəd-əlbəylilər nəslindən hazırlanan veriliş də çox maraqlı idi.Leyla Bəd-irbəylinin həyat və yaradıcılığını əzbər bilirdi Bəd-əl Bəd-əlli. O köçəri bəd-əvilərdən də çox oxumuşdur.
Məhəmməd Füzulidən bir az bilir:
"Can cövhərinə bəd-əldi övlad".
"Öylə müstəsna gözəlsən ki,sənə yoxdur bəd-əl"..
Bəd-əl bilir ki,bəd-əl sözünün mənası " tay,bərabər,nümunə..." deməkdir.
Hələ orta məktəbdə oxuyanda bəd-ii qiraətlə də məşğul olmuşdur.Bəd-ahətən söz qoşan bəd-iiyyəçi( meyxanaçı) dostları da vardır Bəd-əlin. Hətta futbolçu Bəd-avi Hüseynovu da yaxşı tanıyır.
Bəd-əlin Bəd-əlandan Bəd-rəddin Bəd-irli adlı bir dostu da var,Bakıda yaşayır.Vaxtaşırı onunla görüşür, hekayələrini ona oxuyur, müzakirələr də aparırlar.
Bəd-əl sonuncu hekayəsində qəhrəmanının sinəsindəki şişdən narahatlıq keçirdiyini yazır.Amma heç cürə buna hekayəyə sonluq verə bilmirdi..
...Zəngləşdilər..Dostu Bəd-rəddinlə İsmayıllıya, Bəd-oya bir- iki günlük istirahətə getmək üçün ertəsi günə vədələşdilər.
....Getdilər,Bəd-o bulağının suyundan da içdilər.Amma Bəd-rəddinin çox fikirli olduğu Bəd-əlin gözlərindən qaçmadı.Soruşdu...
Elə bu zaman Bəd-rəddinin telefonuna mesaj gəldi.Mesajı oxuyan kimi gözləri güldü Bəd-rəddin Bəd-irlinin..
...Sən demə ,Bəd-rəddinin boynunda bir balaca şiş varmış,onu bəd-xassəli şiş bilib ,çox narahatlıq keçirirmiş.Analizin cavabı gəlmişdi ki,bu adicə, qorxusu olmayan bir şişdi.
Dostlar çox sevindilər.Bəd-əl Bəd-əlli də yazdığı hekayənin sonluğunu " tapdı"..Sonda yazacaqdı ki, qəhrəmanında bəd-xassəli deyil,adı şişdir, qəhrəmanı isə əzizləri ilə xoş xəbəri qeyd edir...
Bəd-əl dostu Bəd-rəddinə dedi:
-Gedək,təbiətin qoynunda yaxşıca yeyək-içək...Bəd olmaz ki?!..
...Allah dostları bəd-nəzərdən qorusun. Bəd xəbər deyil,xoş xəbərlər eşidəsiniz həmişə...