Yeni klinikadan jurnalistlərə çağırış

Sağlamlıq 14:18 / 20.09.2023 Baxış sayı: 2298

 

"Ürəyində cüzi də olsa narahatlıq hiss edən media mənsublarını "Yeni klinika"da tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz həkim kardioloqlarımızın məsləhəti ilə kardio müayinələrdən keçməyə dəvət edirik".

Yenises.az xəbər verir ki, "Yeni klinika"nın şöbə müdiri Nuridə Allahyarova bu barədə çağırış edib.

"Əziz həmkarlar, dəyərli media mənsubları! Son zamanlar jurnalist dostlarımızın kəskin ürək çatışmazlığı diaqnozu ilə qəfil dünyalarını dəyişməsi, "Yeni klinika" komandası olaraq bizi də sarsıdan xəbərlər sırasındadır. Bəzən stres altında öz peşə borclarını layiqincə yerinə yetirməyə çalışan həmkarlarımız həyatın tələsən ritmində ürəklərini incidirlər.

Odur ki, ürəyində cüzi də olsa narahatlıq hiss edən media mənsublarını "Yeni klinika"da tətbiq olunan icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz həkim kardioloqlarımızın məsləhəti ilə kardio müayinələrdən keçməyə dəvət edirik. Maraqlanan hər bir həmkarımızdan rica edirəm ki, mənimlə əlaqə saxlasın. Mənfur düşmənə qarşı informasiya savaşımızın qəhrəmanları, siz bizə lazımsınız! Azərbaycan üçün sağlam olun! Dualarımız regionda sülhü bərqərar etmək üçün terror əleyhinə əməliyyatlarda iştirak edən ordumuzladır!".