Türkiyə parlamentində yeni dönəm başladı – Spiker Bağçalı oldu

Seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dövrü başlayır.
Yenises.az xəbər verir ki, TBMM-in Baş Assambleyası MHP lideri Dövlət Bağçalının sədrliyi ilə toplanacaq.
Mustafa Şəntop parlament sədrliyini müvəqqəti olaraq Dövlət Bağçalıya təhvil verib. İlk iclasa MHP lideri sədrlik edəcək.
Parlament üzvləri and içəcəklər.
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın da TBMM-də andiçmə mərasimi keçiriləcək.