Şakir Xanhüseyn  : - CƏHRƏDƏ İY KİMİ DÜZƏLT ÖZÜNÜ

Ədəbiyyat 08:25 / 20.06.2024 Baxış sayı: 4866

 

salama uzanan əlin düz olsun,

düz əlini uzat bir süfrəyə də...

cəhrədə iy kimi düzəlt əlini,

bir yerdə qoy çörək kəsən olmaya,

əlin birisiylə düz çörək kəsə...

əyrilik yolunu hey tutacaqsan,

əgər ki, əlini sən düzəltməsən...

əlini sındır və onu düz düzəlt,

gözünü yaxşı aç, düz əlinə bax...

nə qədər əyrisən, nə qədər düzsən,

yoxla bir işini, əməlinə bax...

cəhrədə iy kimi düzəlt əlini,

bir tük qədəriycə əyildisə, heç;

boynunu əy, ancaq əlini əymə...

əyrisini ver də balta ağzına,

düz olan əlinə, sən allah, dəymə...

çəp gözlə irəli baxsan, nə olar,

hərgah hiss eləsən əyriliyin var,

qardaş, çətinsə də, əlini dəyiş;

irəli bir əyri addım atmağa

bir şübhən var isə, əlini dəyiş...

cəhrədə iy kimi düzəlt əlini,

düz əyirib düz də sarımaq üçün,

düzlüyü qoruyub-qollamaq üçün...

qoru ağacın da sən ən düzünü,

cəhrədə iy kimi düzəlt özünü!..

17-18.06...