Şakir Xanhüseyn : -  Antenim    yaxşı tutmurmuş

Ədəbiyyat 19:19 / 27.05.2023 Baxış sayı: 1260

***

Antenim

yaxşı tutmurmuş kimi

bəzi fikir dalğalarını

qarışır bir-birinə,

qıjıldayır beynimdə olaylar...

Bu yollar

hər addımıma

dar gələcək qədər genişdi, gendi;

bəzən də darlıqlar genişlikdəndi...

Uzaqları sevməyə başlamışam

yaxınların içində,

Çoxluğa ulayan

Yalquzaqları sevməyə başlamışam...

Ayağımı çəkə-çəkə gedirəm,

Olur, güclə nəfəs

alırmıştək, hə...

Axı, sərinliyin nəyimə gərək ,

Üstümə işığı

düşməyən kölgə?!.