Şahverən Cavad - Dağı məğrur edər bu daş qayalar
Sonuncu vəsiqə - bu başdaşları ,
Yazıblar üstünə imzalarını .
Həyat dərslərindən kəsilən daşlar ,
Çəkir ayaq üstə cəzalarını .
Axı , kim qarğıdı bu daşı , Allah ,
Məzara məhkumdur burda başdaşı .
Necə də doğmadır , əzizdir mənə
Anamın adını daşıyan daşım .
Ömrümüz daşlardan keçir , İlahi ,
Evlərə hörülən daşda həyat var .
Daşlar ayaq altda bir həyat yolu .
Dağı məğrur edər bu daş qayalar .
Qədər ilə gələr sınaqlarımız .
Heç zaman ürəklər daşa dönməsin .
Sevənlərin oxu dəyməsın daşa ,
Elçi daşlarında ümid sönməsin .
Xoşbəxt daşlara bax - üzük qaşıdır,
Ləldir , firuzədir , əqiqdir daşlar.
Haqqı nizamlayan daş tərəzidir ,
Məhək daşı kimi , dəqiqdir daşlar .
12 . 04 . 2026