Sabir Zəkullaoğlu -  Bu tip yazılara inanmıram.

YAZARLAR 10:28 / 23.03.2026 Baxış sayı: 236

Adətən bu tip yazılara inanmıram. Çünki əksəriyyətinin feyk xəbər olduğu aşkar bilinir.

Ancaq bu adamın səhifəsinə girib yazdığı statusları və insanlara, rəylərdə yazdığı cavabları oxuyanda artıq istənilən adamda bu insan haqqında müəyyən təsəvvürlər yaranır.

Həmçinin rəylərdə çox kobud reaksiyasını, hətta söyüşlə cavab yazdığının şahidi olursan.

Odur ki, bu fikrin məhz bu adama məxsus olduğuna inanmamaq olmur.

Dini təmsil edən və ümumiyyətlə inanclı adamlar həmişə Quranın ilk ayəsinin "oxu" ifadəsiylə başladığını önə çəkərək, Quranın da məhz oxumağa çağırış etdiyini altın cızaraq qeyd edirlər.

Hətta, dünya elminə töhfələr vermiş, Mendeleyev, Nyüton, Paskal, Eynşteyn kimi "kafirlərin" də kəşf etdiyi elmləri məhz qurandan götürdüyünü iddia edirlər...

Ancaq indiki halda, bu insanın etdiyi hərəkət və bu hərəkətini aşkar nümayiş etdirməsi, bir dindarın kitaba hansı münasibət göstərməsinin bariz nümunəsidir.

Bu nümünədə münasibət tualet səviyyəsindədir...

Əslindı, bizim cəmiyyətdə bu kimi insanlar milyonlarladır..

Sadəcə olaraq, bu insanın üzdə olması, incəsənəti təmsil etməsi və etiraf edək ki, cəmiyyət arasında müəyyən hörmətə, nüfuza sahib olması və eyni zamanda bütün bunlarla yanaşı, kitabla bu şəkildə davranması adamı çox təəssüfləndirir...

Quranın ilk ayəsi "oxu" kəlməsiylə başlayır deməklə deyil..

Gəlin görək oxumuş, savadlı, işıqlı insanlara zaman-zaman cəmiyyətin dindar kəsiminin münasibəti hansı səviyyədə olub?

Axundova, Seyid Əzimə, Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə olan münasibətin hansı səviyyədə olduğunu, təkcə bir faktla - Seyid Əzim Şirvanını mollaların göstərişi ilə öldürdüklərini qeyd etmək kifayyət edər məncə.

Məni təəccübləndirən odur ki, bu qədər informasiya bolluğunda, insan heçmi nəticə çıxarıb işığın hardan düşdüyinu, qaranlığın hardan çökdüyünü təyin edə bilmir..

Məncə bu kimi hallara cəmiyyətin təpkisi olmalıdır..

Bu qədər də olmaz..