Polkovnik Mirqiyas Seyidsoylu:- SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA " XRİZANTEMA "

YAZARLAR 09:33 / 23.03.2026 Baxış sayı: 310

  Əziz və dəyərli oxucular,mən, yazıçı deyiləm. Ədəbiyyatşünas, tənqidçi, publisist, jurnalist, heç filoloq da deyiləm. Sadə bir oxucu, ədəbiyyat və bədii yaradıcılığa marağı olan həvəskaram. Ancaq xalqımızın tanınmış və sevimli yazıçısı Seyran Səxavətin həyatında tarixi əlamətdar gün olan, 80 illik yuleyi ərəfəsində fikir bildirməyi və bu fikirləri

 

sizinlə bölüşməyi özümə borc bildim. Həm də çalışdım ki, başqalarının dediyi fikirləri təkrar etməyim.

Mən, bilmirəm buna nə qədər nail oldum. Yəqin yazını oxuduqdan sonra öz qiymətinizi verəcəksiniz.

     Orta məktəbdə oxuduğum illərdə mənim bir müəlliməm var idi. Vəsmə müəllimə. Allah can sağlığı versin mənim Coğrafiya və Tarix fənlərindən müəlimim olub. O, həm də, rəhmətlik atam Seyid Yəhya kişinin yaxın qohumu idi. O, əslən Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndindəndir. Atamın bibisi nəvəsi Şahlar müəllimlə ailə həyatı qurmuşdular. Mən, qohumluq əlaqələrimizə görə ona məktəbdən kənarda bibi deyirdim. Bir gün Vəsmə müəllimə bizə gəlmişdi. Əlində nazik üz qabığlı bir kitab vardı. Kitabın üzərində sarışın yaraşıqlı cavan bir oğlanın şəklini gördüm. Şəklin altında Seyran Səxavət yazılmışdı. Mən, soruşdum ki, Vəsmə bibi bu kitabın üzərindəki adam kimdir belə ?. Dedi ki, " Bibin saa qurvan, bu mənim qardaşım oğlu Seyrandı. Xaricdə səfirlikdə işləyir. Həm də yaxşı şeirlər, hekayələr yazır. Son zamanlar təzə kitabı çap olunuf. Birində maa gödərif ". Atam dedi ki, Vəsmə müəllimə bu bizim Əsgərin oğludur ?.

 Vəsmə müəllimə : - bəli Yəyha qağ, Əsgərin oğludur.

 Atam : - maşallah, maşallah, nə gözəl, nə yaxşı. Allah daha da ucalara yüksəltsin.Rəhmətlik Əsgərin özü də çox yaxşı adam idi.Çox karagələn - qohumcanlı idi. Allah rəhmət eləsin...

Vəsmə müəllimə : - Çox sağ ol, Yəhya qağa,  Allah köməyin olsun. Balalarından görəsən.Allah Məhhəmmədi,Miryaqubu qorusun.

Atam : - Amin inşallah. Allah hər kəsin köməyi olsun.

Dedim ki, Vəsmə bibi, bəlkə bu kitabı bir günlüyə mənə verəsən. Oxuyub qaytarım.

Vəsmə müəllimə : - Bibin saa qurvan götür oxu. Sonra qaytarıb verərsən...

    Kitabı açdım. İlk qarşıma çıxan  " Bir kisə kartof " hekayəsi oldu. Mən, bu hekayəni bir nəfəsə oxudum. Hekayə o qədər duzlu, məzəli, şirin keçidlərlə yazılmışdı ki, qəh -qəhə - lərlə gülməkdən özümü saxlaya bilmirdim. Hətta yerimdən ayağa qalxaraq tullanıb - düşürdüm. Mənim bu hərəkətlərimi görən rəhmətlik anam Fitat arvad, atamın anası Münəvvər qocam deyirdi : buy başıma xeyir bu uşağa nolub. Niyə belə eləyir ?!.

 Mən, onlara necə izah edə bilərdim ki, yazıçı süjet xəttində elə vəziyyətlər, elə epizodlar yaradıb ki, onu düzgün anlayan oxucu ancaq belə edə bilərdi. Müəllif əsərin qəhrəmanı Abdulla kişinin simasında totalitar rejimi qamçılayan elə bir tipikləşdirilmiş obraz yaratmışdı ki,

 

oxucu sovet cəmiyətində istər məişət və istərsə də ictimai - siyasi durumda baş verən bütün çatışmazlıqlara xoş yumorla yanaşmaqla bərabər həm də, öz satirası ilə acı - acı sızıltılar içərisində gülürdü. Dövrün ağırlıqları içərsində qıvrılan əsərin qəhrəmanı Abdulla kişi ailəsinin güzəranınını yaxşılaşdırmaq məqsədilə  Füzuli şəhərindəki kolxoz bazarında aldığı toxumluq kartofu öz həyətyanı torpağında  əkmək istəyir. Ancaq o, hər dəfə əkinə başlamaq istəyərkən yağış başlayır. Xülasə Abdulla kişi, çox çalışır ki, aldığı toxumluq kartofu əksin ancaq, hər dəfə bir qəmbərqulu çıxır. Sonda nə edəcəyini bilməyən Abdulla kişi, əllərini yuxarı qaldırıb deyir : " Əkmirəm eyyy....Ay arxalı bəxtəvər ! Əkmirəm, əkmirəm, əkmirəm !..":

  Keçmiş Sovet imperiyası zamanında yazıçı Seyran Səxavətin böyük cəsarətlə rejimi və quruluşu çəkinmədən

 

qamçılaması çox təhlükəli idi. Belə ki, rejimin xüsusi xidmət orqanları ona çox  asanlıqla qara damğa vura bilərdilər..

 Necə ki, zamanında minlərlə Azərbaycan ziyalısının həyatını məhv edilmişdi...

   Seyran Səxavət yaradıcılığında olan, "Nekroloq ", " Yəhudi əlifbası ", " Qızıl teşt ", " Sanatoriya ", " Ocaq daşı ", " Ağrı ", " Persona non qrata " əsərlərdə görünür ki, müəllif cəmiyyətlərdə, bəşəriyyətdə baş verən və baş verə biləcək hadisələri qabaqlayır. Bu əsərlərin məğzi göstərir ki, Seyran Səxavət təkcə Azərbaycan cəmiyyəti deyil, o, bütövlükdə bəşəriyyətdə baş verən ictimai - siyasi və hərbi eybəcərlikləri görür və bu bəlalardan xilas olmağa çağırır. Belə ki, insanları, cəmiyyətləri baş verə biləcək təhlükədən qorumaq üçün çıxış yolları göstərir. Əsil mütəffəkirin böyüklüyü ondadır ki, o, yaşadığı dövrə, zamana, məhkum oluduğu rejimə, hökm etməyi bacarsın. Bütün bəşəri dəyərlərin fəlsəfi aspektlərini, onun dərin fəlsəfi mahiyyətlərini hiss etmək və gələcəyə mayak olmaqla özüdə bilmədən dahiləşmək və klassikləşmək.

 Seyran Səxavət nəsr  əsərlərində,dramaturgiyasında, şeirlərində,  publisistikasında və istərsə də hər hansı müsahibəsində onun hər bir qəhrəmanının içərisində olduqca təəsübkeş, Vətənpərvər, vicdanlı, ləyaqətli və tələbkar Vətəndaş mövqeyi olan Azərbaycanlı var. O, cəmiyyətimiz üçün baş verə biləcək təhlükənin haradan, hansı formada, hansı qüvvələrlə necə törənə biləcəyinə qarşı olduqca adekvat cavab verməyə hazır olan bir zirehli döyüş maşınına bənzəyir. Təsadüfi deyil ki, mən, öz yazılarımda Seyran Səxavəti Azərbaycan Silahlı Qüvvələrində 2017-ci ildən silahlanmaya daxil edilmiş " XRİZANTEMA-S " ( Tank

 

Əleyhinə Özüyeriyən Raket Kompleksi ) döyüş kompleksi ilə müqaisə edərək, onu Azərbaycan Ədəbiyyatının " XRİZANTEMA " sı adlandırmışam.

   " XRİZANTEMA " nədir ?...

XRİZANTEMA : - döyüş əməliyyatları zamanı istənilən müdafiə səviyyəsinə malik olan tankları məhv edir. Bu sistem tankları izləyib yerini müəyyən etmək üçün iki radara malikdir. 6 min metrədən endirdiyi raket zərbəsi qarşısında heç bir tank digər zirehli texnika davam gətirə bilməz. Həmçinin qalınlığı 3 metir olan beton təbəqə ilə örtülmüş dotu da darmadağın edir. O cümlədən düşmənin desant gəmisini və saatda 340 kilometr sürətlə uçan təyyarə və helkopteri də məhv edir. Bir sözlə bu döyüş kompleksi özü saatda 70 kilometr sürətlə hərəkətdə olarkən düşmənin göstərilən hədəflərinə suda, quruda, havada, aşağıda, yuxarıda,

 

sağda, solda, radarlar vastəsilə gördüyü bütün hədəfləri məhv etməkdə birincidir. Onun NATO kod adı " AT-15 SPRİNQER "

  XRİZANTEMA ( Rus dilində " Xrizantema ", ingilis dilində " Chrysanthemum ", Azərbaycan dilində " Payızgülü " )

 Xrizantema sözünün hərfi mənası Payızgülü deməkdir. Bu güllər payız fəslində sentyabr -noyabr aylarında çiçəkləyən həmşəyaşıl zambaq  güllərdir. Qar yağan zaman qar altında qalsa belə bu güllər solmur...

   Elə bu yaradıcılıq imkanlarına görə mən, Seyran Səxavəti Azərbaycan Ədəbiyyatının " XRİZANTEMA "sı adlandıraraq  onu bu döyüş kompleksi ilə müqaisə etmişəm. Bu bir oxucu olaraq mənim şəxsi fikrimdir. Ancaq bir hərbiçi olaraq mənim intiusiyam mənə deyir ki, yazıçı, dramaturq, şair SEYRAN SƏXAVƏTİN yaradıcılıq potensialı XRİZANTEMA döyüş kompleksindən qat -

 

qat güclü və qüdrətlidir...

  Bu gün, Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndəsi Seyran Səxavətin 80 yaşı tamam olur.

   Çox hörmətli, Seyran müəllim, riyazi hezablamalara görə 8-rəqəmi iki sıfırın birləşməsindən yaranıb. Ona görə də 8-rəqəminin fəlsəfi mahiyyəti və mənası sonsuzluq və əbədiyyət deməkdir. 8-rəqəminin yanındakı sıfır rəqəmi isə bu əbədiyyət sonsuzluğunun üç qat əbədiyyətə qovuşması mənasını verir.

  Arzu edirəm sizin yaradıcılıq şəfəqləri bütün bəşəriyyətlə birgə əbədiyyətə qovuşsun. AMİN..

  DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN !