Rəfail Tağızadə : - Mənə bir çələng toxu,

Ədəbiyyat 13:06 / 16.02.2025 Baxış sayı: 884

***

Mənə bir çələng toxu,

gül açan əllərinlə.

Sevdiyin gızılgülün

ətri könlümə dolsun,

günüm, könlüm xoş olsun.

Mənə bir şeir oxu,

bir ömürlük nəfəstək.

Oxu, ürəkdən oxu,

oxu, sevgi, həvəstək.

O ürkək baxışınla,

sığal çək gözlərimə.

Pəncərətək açılsın

səni görən gözlərim.

Dünyanı gözəl görsün,

mənim sənli gözlərim.

Buludlar axıb gedər,

gözəllər baxıb gedər.

Mən göndərən baxışı,

yar gözə taxıb gedər.

... gözümə köçürürəm

ləçək-ləçək şəklini.